Elm və təhsil naziri: İndiki məktəbli formasının mahiyyəti standartı müəyyən etməkdir

Elm və təhsil naziri: İndiki məktəbli formasının mahiyyəti standartı müəyyən etməkdir Məktəbli formaları ilə bağlı müəyyən gərginlik var. Bəzən bu, məlumatsızlıq, bəzən də valideynlər tərəfindən düz ünvanlara müraciət edilməməsi səbəbindən baş verir. Ancaq əvvəlki məktəbli formalarından da istifadə edə bilərlər.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
“Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil. Biz yalnız məktəbli geyimlərinin nümunəvi, tövsiyə olunan formada olmasına nəzarət edirik. Burada hər hansı bir məcburiyyət yoxdur. Bu, məktəbin və məktəb kollektivinin qərarı olmalıdır. Ümumilikdə isə məktəbli formalarının olmasını məqsədəuyğun hesab edirik. Sadəcə olaraq məktəb, valideyn buna özünü nə vaxt hazır hesab edirsə, bu formaya keçəndə təsdiq olunan formada olması daha düzgündür. İndiki məktəbli formasının mahiyyəti standartı müəyyən etməkdir. Əvvəl də qeyd edildiyi kimi heç kim məcbur edilə bilməz. Əgər məktəbli formaları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional idarələrə müraciətlər olunarsa, bu məsələyə baxılar və ölçü götürülə bilər”,- deyə Emin Əmrullayev vurğulayıb.

Tehsil-press.az



Oxşar xəbərlər