Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair müzakirələr keçirilib.
Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, İdris İsayev, nazirin müşaviri Elnur Məmmədov, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, nazirlik yanında İctimai Şuranın üzvləri və istehsalçı şirkətlərin mütəxəssislərinin iştirak etdikləri tədbirdə məktəbli formasının tətbiqi mövzusunun ictimai müzakirəsinin vacibliyi vurğulanıb.
Təhsil Nazirliyi tərəfindən bu məsələyə ciddi yanaşıldığı, məktəbli formasının tətbiqi ilə bağlı nazirlik tərəfindən geniş müzakirələr aparıldığı qeyd edilib.
Eyni zamanda, ictimai rəyə çıxarılan vahid məktəbli formalarının təsvirləri ilə bağlı ən çox səsləndirilən təkliflər müzakirə edilib.
Sonra mütəxəssislər məktəbli formalarının tətbiqinə dair mövcud standartlar və keyfiyyət məsələləri barədə öz fikirlərini bildiriblər.
Tədbirdə məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilib.
Tehsil-press.az