Kolleclərin xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslarına qəbul 96.25 faiz olub

Kolleclərin xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslarına qəbul 96.25 faiz olub Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbulun nəticələri elan olunub.
Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar üzrə qəbul 96.25 faiz olub. Belə ki, Azərbaycan və rus bölmələri üzrə birgə 11 min 271 nəfər orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslara qəbul olub.
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə isə kolleclərə 11 illik təhsil bazasında ümumilikdə 575 nəfər qəbul olub ki, bu da 75.56 faiz təşkil edir. Onlardan 563 nəfəri Azərbaycan, 12 nəfəri isə rus bölməsinə aiddir.
Qeyd edək ki, tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər