Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.
Tədbirdə əvvəlcə İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabat təqdim edilib. Hesabatda Mərkəzin təşkil etdiyi müsabiqələr üzrə yeniliklər, ümumi statistikalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Mərkəzinin keçirilən müsabiqələrdəki əhəmiyyətli rolu haqqında fikirlərini paylaşıb. Həmçinin nazir müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində ciddi işlər görüldüyünü bildirib. Emin Əmrullayev 60 000-dən çox şəxsin müsabiqədə iştirakının prosesin şəffaf və obyektiv keçirildiyinin nəticəsi olduğunu qeyd edib.
Elm və təhsil naziri son 10 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə fəaliyyətə başlayan təhsilverənlərin sertifikatlaşdırma prosesində 100 faizlik nəticə göstərərək test imtahanı mərhələsindən keçdiklərini bildirib. O, sertifikatlaşdırmanın nəticəsindən asılı olaraq təhsilverənlərin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.
Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə təşəkkürünü bildirib.
Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilinə dəstək olan “Məktəblinin dostu” layihəsinin və “Bir” Tələbə Könüllü İctimai Birliyinin nümayəndələri təltif olunub.
Tədbirdə sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tehsil-press.az