Taekvondoçumuz dünya çempionu oldu

Taekvondoçumuz dünya çempionu oldu Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan idmançısı Mehdi Budaqlı qızıl medal qazanıb.
Bu haqda Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, 14 yaşlı idmançı 33 kq çəki dərəcəsinin finalında Özbəkistan idmançısı Dilmurad Marufcanova hər iki raundda qalib gəlməklə dünya çempionu olub.

Tehsil-press.az


Oxşar xəbərlər