“Təxribat Ermənistanın siyasətidir. Ermənilərə heç vaxt arxayın olmaq olmaz. Həmişə demişəm, Paşinyan Ermənistanda bir söz, gedir Moskvaya başqa söz danışır, Brüsseldə tamamilə başqa fikirlər səsləndirir. Faktiki olaraq bunlar sülh danışıqlarına getmək istəmirlər. Cənab Prezident İlham Əliyev bütün görüşlərində çalışır ki, sülh danışıqları yaransın, sülh müqaviləsi imzalansın, amma Ermənistan nə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəyir, nə də sərhədləri. Ancaq belə təxribatlara əl atırlar. Bir gecədə 50 şəhidimiz oldu. Bunu Ermənistana heç vaxt bağışlamaq olmaz. O ki qaldı ermənilərin havadarlarına... Bu, tək Ermənistanın oyunu deyil. Bilirsiniz ki, arxasında Rusiya dövləti dayanır, bu məsələlərdə Ermənistana yardım edir”.
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, 44 günlük müharibədə faktiki olaraq Ermənistan ordusu darmadağın edilib: “Bəs bunlar yenidən özbaşına necə dirçəldi? Nə vəsaitləri, nə imkanları, nə şəraitləri, nə də hərbi müəssisələri var. Heç nələri yoxdur. Məhz Rusiyanın, orada olan hərbi bazanın köməyi ilə yenə də dirçəldilər. Hələ bilmək olmaz, son təxəribatda erməni əsgəri iştirak edirdi, ya rus əsgəri. Nə vaxta qədər Qarabağda rus sülhməramlıları var, biz orada sakitliyi bərpa edə bilməyəcəyik. Dövlət başçımız gecə-gündüz çalışır ki, bu məsələni müsbət həll etsin. Amma Ermənistan məsələni həll etmək istəmir, yenə təxribatalara əl atdılar. Özləri tərəfdən də qırılanlar var. Bizim də kifayət qədər cavan uşaqlarımız şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin, hamısının ailəsinə başsağlığı verirəm”.
V.Əhmədovun sözlərinə görə, vəziyyət belədir ki, biz dayanıb uzun müddət gözləyə bilmərik: “Beynəlxalq aləm, təşkilatlar da reaksiya verməlidirlər. Bu məsələnin müsbət həlli üçün hamı çalışmalıdır. Amma məsələnin müsbət həlli, əlbəttə, əsas bizdən, Ordumuzun qətiyyətindən asılıdır. Ordumuz da ayıq-sayıq olmalıdır. Çünki düşmən istənilən təxribata əl atır ki, sərhədləri pozsun, işğaldan azad olunmuş ərazilərimizi geri qaytarsın. Bu, mümkün olan məsələ deyil. Nə qədər şəhidimiz də olsa, torpaqlarımızı geri almaq uğrunda yenə mübarizəmizi davam etdirəcəyik, etdirməliyik də. Dövlət başçımızın arxasında əhali dayanıb, onu müdafiə edir. Cənab Prezidentin bu siyasətini hamımız müdafiə edirik. Çalışacağıq ki, bu məsələlər müsbət həllini tapsın. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa dövlətləri bu məsələdə fikir və mövqelərini çox ciddi bildirməli, Ermənistanı tənbeh etməlidirlər. Ermənistanı masa arxasına otuzdurub sülh müqaviləsini imzalamağa məcbur etməlidirlər”.
Deputat bildirib ki, Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan itki verib və bu məsələlər araşdırılmadır: “Mətbuatdan aldığım məlumata görə, cənab Prezident müşavirə keçirib. Yəqin ki, müşavirədə müəyyən məsələlər müzakirə edilib, dövlət başçımız müəyyən göstərişlər verib. Başa düşürəm, təxribatdır. Araşdırılmalı məsələlər var. Dövlət başçımız müdafiə məsələlərinə həmişə diqqət yetirir, dövlət büdcəsindən kifayət qədər vəsait ayırır. Əlavə vəsaitlər verir ki, Ordumuz çox güclənsin. Ordumuzda kifayət qədər inkişaf da var. Amma hər bir təxribat, hər bir hadisə araşdırılmalıdır”.
Tehsil-press.az