Prezidentlərin görüşündən nə gözlənilir? - Şərh

Prezidentlərin görüşündən nə gözlənilir? - Şərh “Bu gün Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Təbii ki, nəzərlər indi Rusiyanın ikinci paytaxtına dikilib. Lakin, məlumatlı və təcrübəli insanlar bilir ki, bu görüş də sadəcə sıradan bir görüş olaraq tarixə keçəcək. Hətta, Ermənistan Rusiyanın təzyiqi ilə münaqişənin həlli ilə bağlı müsbət açıqlama versə belə, sözünün arxasından qaçacağı da bizə məlumdur”.

Tehsil-press.az xəbər verir ki, bu gün gerçəkləşəcək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə münasibət bildirən bunu yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədiri Razi Nurullayevg deyib. O, bildirib ki, artıq 20 ildən çoxdur ki, onların görmədiyimiz siması qalmayıb. Bilirik ki, Ermənistan torpaqları azad etmək üçün irəli sürdüyü iddialardan bir addım belə geri çəkilməyib. Azərbaycan da bir qarış torpağını mənfur düşmənə vermək niyyətində deyildir: “Belə olan halda, danışıqlarda müsbət nəticə ola bilərmi? Rusiyanın göstərdiyi səylərə görə, bəlkə də ona təşəkkür edə bilərik. Amma, bilməmiş deyilik ki, Rusiya Ermənistana lazım olduğu siyasi təzyiqi göstərmir. Buna görə də Ermənistan danışıqlardan danışıqlara gedir və münaqişənin ömrünü uzadır.
Azərbaycan tərəfi olaraq, biz də çətin durumdayıq. Rusiya ilə münaqişəyə getmək bizə sərf etmir. Rusiyanın da rizası olmadan Ermənistanı cəzalandıra bilmirik. Qərb isə diplomatiyaya və sülh danışıqlarına üstünlük verdiyini deyir. Biz də bunu istəyirik. Amma, müəyyən tarixə qədər. İstər Rusiya olsun, istər Qərb, Azərbaycan danışıqlar üçün son tarixi müəyyən etməsə və bu tarixdən sonra sülh danışıqlarına son verərək məsuliyyəti Minsk Qrupu hməmsədr və üzv ölkələrinin üzərinə qoymasa münaqişənin həllində dönüşə nail ola bilmərik.
Bəli, Azərbaycan Ermənistanla sülh danışıqlarının son tarixini müəyyən etməli. Prezident xalqdan gücünü alaraq danışıqlara və ya müharibəyə getməli. Bunun ən optimal yolu Vahid Qərar Şurasıdır. Bəli, Vahid Qərar Şurası o məkandır ki, Prezident və hökumət bu qurumdan gücünü alaraq danışıqlarda və münaqişənin həllində dönüşə nail ola bilər”.


Tehsil-press.az

Oxşar xəbərlər