Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yenidən cinayət işi başlanıb.
Onunla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılıb və partiya sədrinə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə ittiham elam olunub.
Qeyd edək ki, partiya sədri bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham olunur.
Xatırladaq ki, partiya sədridaha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatır.
Qeyd edilən maddə üzrə təqsirləndirilən şəxs bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tehsil-press.az