ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları, regional kommunikasiyaların açılması ilə bağlı məsələlər də müzakirə mövzusu olub.
“Dövlət katibi Blinken ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi qeyd olunan bütün məsələlərin həllini dəstəkləməyə hazır olduğunu bildirib”, - məlumatda deyilir.
Onlar Türkiyə-Ermənistan münasibətlərindəki prosesləri də müzakirə ediblər. Dövlət katibi Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında iyulun 11-də baş tutan telefon danışığını alqışlayıb və ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib.
Tehsil-press.az