ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış

ATƏT-dən Azərbaycan və Ermənistana - Çağırış ABŞ Dövlət katibi Antoni Blinken, Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrini təmsil edən Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun Minsk Qrupu həmsədrlərinin vasitəsilə bərpasını dəstəkləyirlər.
Bu barədə ATƏT-in saytında məlumat yayımlanıb.
Həmsədr ölkələr tərəfləri Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlanmış dialoqu davam etdirməyə, eləcə də, davamlı və uzunmüddətli münasibətlərin inkişafı üçün rəhbərlik səviyyəsində təmasları davam etdirməyə çağırıb.
“ATƏT hər iki ölkəni sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırır. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiondakı fəaliyyətini dəstəkləyirlər”, - təşkilatın məlumatında qeyd edilir.

Tehsil-press.az

Oxşar xəbərlər