“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşü alqışlayıram”.
Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tviter hesabında yazıb:
“Bu görüş məsələnin hərtərəfli həlli yolunda mühüm addımdır. Avropa İttifaqı sülhsevər və təhlükəsiz Cənubi Qafqazı bütövlüklə dəstəkləyir. Münasibətlərin normallaşması, sülhün əldə edilməsinə yalnız birbaşa dialoqla nail olmaq mümkündür”.
Qeyd edək ki, iyulun 16-da Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüş idi.
Tehsil-press.az