Ərdoğan Zelenski ilə Ukraynadakı müharibəni müzakirə etdi

Ərdoğan Zelenski ilə Ukraynadakı müharibəni müzakirə etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Danışıq zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Telefon danışığı zamanı Prezident Ərdoğan danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduqlarını bildirib.
Türkiyə Prezidenti həmçinin Zelenskiyə Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığı mesajına görə təşəkkür edib.

Tehsil-press.az


Oxşar xəbərlər