Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət ayırıblar.
Regional proseslər, o cümlədən Ukraynadakı hadisələr müzakirə edilib. R.T.Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin həllinin vacibliyini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər