Britaniyanın müdafiə naziri gözlənilmədən ABŞ-a getdi

Britaniyanın müdafiə naziri gözlənilmədən ABŞ-a getdi Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya yardım mövzusunu müzakirə etmək üçün ABŞ-a səfər edib.
Gözlənilməz səfərdə ABŞ və Böyük Britaniya müttəfiq ölkə kimi Ukraynaya yardımı müzakirə edəcəklər:
“ABŞ bizim kimi Ukraynanın əsas müttəfiqlərindən biridir. O, Ukrayna üçün aparıcı rol oynayıb. Ona görə də Müdafiə Nazirliyinin rəhbərlərinin görüşü Ukraynaya dəstək üçün bir fürsətdir”.
Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrell 3 gün əvvəl bildirib ki, Avropa İttifaqı xarici işlər nazirlərinin oktyabrın 17-də Lüksemburqda keçirilən görüşündə Ukraynaya hərbi yardımın yeni formasını təsdiqləməyə və Ukrayna hərbçiləri üçün təlim missiyasına başlamağa ümid edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz növbəsində qeyd edib ki, Avropa İttifaqının Ukraynaya hərbi yardım missiyasının yaradılması onun münaqişənin iştirakçısı statusunu təmin edəcək.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər