İtaliyanın ilk qadın baş naziri and içib

İtaliyanın ilk qadın baş naziri and içib İtaliyanın paytaxtı Romada ölkənin yeni baş naziri Corca Meloninin rəhbərlik etdiyi yeni hökumətin andiçmə mərasimi keçirilib.
İtaliya tarixinin ilk qadın baş naziri olan C.Meloni bu gündən etibarən vəzifələrinin icrasına başlayıb.
Qeyd edək ki, Corca Meloninin rəhbərlik etdiyi "İtaliyanın qardaşları" partiyası sentyabrın 25-də keçirilmiş parlament seçkilərində 26 faiz səs toplayaraq qalib gəlmişdi.
Ötən gün prezident Serco Mattarella yeni hökuməti formalaşdırmağı C.Meloniyə tapşırmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər