Sloveniyada parlamentində hökumətə başçılıq edəcək Robert Qolobun Baş nazir vəzifəsinə seçkisi keçiriləcək.
Aprelin 24-də keçirilən parlament seçkilərində Baş nazir Yanez Yanşanın təmsil etdiyi Sloveniya Demokratik Partiyası (SDS) üzərində qələbə qazanan R. Qolob parlamentdə mütləq səs çoxluğunu öz xeyrinə dəyişib. Yeni hökumət üç partiyanın koalisiyasından ibarət olacaq. R.Qolobun qurduğu Azadlıq Hərəkatı ilə yanaşı, Sloveniya Sosial-Demokratlar Partiyası (SD) və Solçular hökumətdə təmsil olunacaqlar. Parlamentdəki 90 yerdən 53-ü koalisiyanı təşkil edən partiyaların üzvlərindən ibarətdir.
Növbədənkənar parlament iclasında keçmiş media meneceri R. Qolob formal olaraq Baş nazir vəzifəsinə seçiləcək və yeni hökuməti təşkil etmək üçün müvafiq mandata malikdir.
Yeni hökumətin andiçmə mərasimi isə iyunun əvvəlinə nəzərdə tutulur.
Tehsil-press.az