İtaliya siyasi elitasının nümayəndələri ümumi seçkidə səs veriblər

İtaliya siyasi elitasının nümayəndələri ümumi seçkidə səs veriblər İtaliyada növbədənkənar ümumi seçkilər davam edir. İtaliya siyasi elitasının nümayəndələri səsvermədə iştirak ediblər.
İtaliya Prezidenti Sercio Mattarella səhər saatlarında Palermodakı Giovanni XXIII - Piazzi məktəbində, Baş nazir Mario Draqi isə günün ikinci yarısında paytaxt Romada səs verib.
“Liqa” Partiyasının lideri Matteo Salvini Milanda, “Beş Ulduz Hərəkatı”nın lideri Cüzeppe Konte Florensiyada, mərkəz sol alyans - “Demokrat Partiya”nın rəhbəri Enriko Letta Romada səs verib. İfrat sağçı “İtaliya Qardaşları” Partiyasının rəhbəri Giorgia Meloninin isə seçki məntəqələri bağlanan zaman Romada səs verəcəyi bildirilib.
Saat 12:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 19,21 faiz təşkil edib. Səsvermə yerli vaxtla saat 23:00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək. Seçkiyə dair ilk qeyri-rəsmi nəticələrin sentyabrın 25-dən 26-na keçən gecə açıqlanması gözlənilir.
İtaliyada 50 milyon 869 min 304 nəfər seçkidə səsvermə hüququna malikdir. Onlardan 4 milyon 741 min 790 nəfəri xaricdə yaşadığı üçün səslərini olduqları ölkələrdəki nümayəndəliklər və poçt vasitəsilə veriblər. Ölkə üzrə isə 46 milyon 127 min 514 nəfər səsvermə hüququna malikdir. Onların 51,74 faizini qadınlar, 48,26 faizini kişilər təşkil edir.
Yaşı 18-dən yuxarı olan 2 milyon 682 min 94 nəfər təkcə parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının üzvlərinə deyil, həm də yuxarı palata – Senatın üzvlərinə səs verə bilir.

Tehsil-press.az


Oxşar xəbərlər