Növbəti müddətə Serbiya Prezidenti seçilən Aleksandr Vuçiçinin andiçmə mərasimi keçirilib.
Aleksandr Vuçiç parlamentdəki andiçmə mərasimi zamanı çıxışında Serbiyada hər kəsin prezident olacağını və hər addımı ölkənin maraqları çərçivəsində atacağını deyib. O, ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük yolundan dönməyəcəyini bir daha vurğulayıb, yeni hökumətin iyulun sonuna kimi formalaşacağını qeyd edib.
Xatırladaq ki, Aleksandr Vuçiç aprelin 3-də keçirilən prezident seçkilərində yenidən Serbiya Prezidenti seçilib. Serbiya Respublika Seçki Komissiyası Aleksandr Vuçiç seçkilərdə 2 milyon 224 min 948 səslə və ya səslərin 58,59 faizini toplayaraq qalib gəldiyi açıqlayıb.
Tehsil-press.az