Ukrayna problemini hansı ölkə həll edə bilər? - Putin açıqladı

Ukrayna problemini hansı ölkə həll edə bilər? - Putin açıqladı "Ukrayna problemini Vaşinqtonda bu siyasəti təbliğ edənlər çox asanlıqla həll edə bilər”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda çıxışı zamanı deyib.
Bu problemi həll etmək, Kiyevə müvafiq siqnal vermək çox asandır ki, onlar mövqelərini dəyişməli və bu problemləri sülh yolu ilə həll etməyə çalışmalıdırlar”, - deyə Putin bildirib.
Klubun iclasındakı çıxışı zamanı Putin Ukraynadakı vəziyyəti və hadisələri indiki vəziyyətə gətirənin Rusiya deyil, Qərbin olduğuna da diqqət çəkib. O qeyd edib ki, Qərb dövlətləri müxtəlif çevrilişlər təşkil edir və həyata keçirir, onlardan biri 2014-cü ildə Ukraynada faciəvi nəticələrə gətirib çıxarıb.

Tehsil-press.az



Oxşar xəbərlər