Kreml Paşinyanın açıqlamasına cavab verdi

Kreml Paşinyanın açıqlamasına cavab verdi “Rusiyalı sülhməramlıların Qarabağdakı mandatının 10-20 il müddətinə uzadılması ilə bağlı Soçidə sənəd imzalamağa hazıram”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Bununla belə, Paşinyan qeyd edib ki, bu barədə təkbaşına qərar qəbul edə bilməz, çünki qərar qəbuletmə formatı üçtərəflidir.
Xatırladaq ki, oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.
***
Kremlin rəsmi sözçüsü Dmitri Peskov Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.
“Görüşün özünü gözləmək lazımdır”, - deyə Peskov sözügedən məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

Tehsil-press.az



Oxşar xəbərlər