Putinlə Paşinyanın telefon danışığı oldu

Putinlə Paşinyanın telefon danışığı oldu Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın telefon danışığı olub.
Tərəflər Qarabağla bağlı razılaşmaların icrası məsələsini müzakirə ediblər.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatının, habelə 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli zirvə görüşü zamanı əldə olunan razılaşmaların tətbiqinin praktik aspektləri müzakirə edilib”, - deyə Kremlin məlumatında bildirilir.
Qeyd edilib ki, Putinlə Paşinyan, həmçinin hərbi əsirlərin qaytarılması məsələsinə də toxunublar.

Tehsil-press.az


Oxşar xəbərlər