“Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Rusiyanın vasitəçiliyi kifayətdir”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT-nin Baş katibi Stanislav Zas ilə görüşündə deyib.
“Müharibə başa çatdı. Onun necə başa çatdığı aydındır. Tərəflər onlara vasitəçi lazım olduğuna qərar verdilər. Təbii ki, bu Rusiyadır”, - deyə Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı və ATƏT-in bu vasitəçiliyə niyə müdaxilə etməsini anlamır: “Hansısa oyun oynanıldığını əbəs yerə demədim. Mən başa düşürəm, bu, nə oyundur. Aİ-ni bu məsələyə niyə qatıblar? ATƏT-i oraya niyə sürükləyirlər? Aydındır nəyə görə. Orada artıq vasitəçi varsa onlar orada nə edəcəklər? Və KTMT-ni də ora cəlb etmək lazımdır. Sanki edəcək başqa işləri yoxdur”.
Tehsil-press.az