“Bu, hakimiyyətin ələ keçirilməsi cəhdidir” - Lukaşenko

“Bu, hakimiyyətin ələ keçirilməsi cəhdidir” - Lukaşenko Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifətin yaratdığı Əlaqələndirmə Şurasına birmənalı qiymət verib və bunu hakimiyyətin əldə olunması cəhdi kimi qiymətləndirib. Bu barədə o, bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirilən müşavirədə bildirib.
Dövlət başçısı ölkə daxilində yaranmış vəziyyət haqqında danışıb. "Yeni element - hakimiyyəti, xüsusilə də güc strukturlarını zəiflətmək cəhdidir: “biz dincik, biz yaxşıyıq, başa düşürsünüzmü, biz artıq qarşıdurma istəmirik”. Bu, həm belədir, həm də elə deyil. Bu, şirmadır. Əgər onun arxasına baxsanız, nə baş verdiyini görərsiniz", - deyə Aleksandr Lukaşenko bildirib.
Prezident qeyd edib ki, ölkədə hakimiyyətin ötürülməsi üçün hansısa müxalifət qərargahı yaradılıb: “Nə az, nə çox tələb edirlər ki, onlara hakimiyyət versinlər. Demək, biz bunu birmənalı qiymətləndiririk: bu, hakimiyyətin bütün nəticələri ilə ələ keçirilməsi cəhdidir”.
“Ona görə də, mən bu qərargaha daxil olanlara xəbərdarlıq etmək istəyirəm ki, biz adekvat tədbirlər görəcəyik. Yalnız Konstitusiya və qanun əsasında. Bizim bəzi isti başları sərinləmək üçün belə üsullarımız kifayət qədərdir”, - Aleksandr Lukaşenko xəbərdarlıq edib.

Tehsil-press.az

Oxşar xəbərlər