Lukaşenko bəzi ölkələrdəki səfirlikləri bağlamaq niyyətindədir

Lukaşenko bəzi ölkələrdəki səfirlikləri bağlamaq niyyətindədir Belarus Prezidenti Aleksandr Lukaşenko xaricdəki diplomatik nümayəndəlik sayını optimallaşdırmaq istəyir.
O, bunu bu gün xarici siyasət iclasında bəyan edib.
“Təbii ki, dünya sürətlə dəyişir, Xarici İşlər Nazirliyi də daxil olmaqla, bütün sahələrdə mövcud mənbələri adekvat və savadlı şəkildə idarə etməliyik. Bir sıra ölkələrdə uzunmüddətli təcrübəmiz orada Belarusun diplomatik varlığının perspektivlərinin görünmədiyinə dəlalət edir”,- deyə Belarus Prezidenti bildirib.
Lukaşenko qeyd edib ki, bu yaxınlarda Litva və Polşa ilə olduğu kimi qarşılıqlı əlaqə əsasında çalışmaq lazımdır.

Tehsil-press.az


Oxşar xəbərlər