Ramil Usubov Patruşevlə görüşdü

Ramil Usubov Patruşevlə görüşdü Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.
Görüşdə regional təhlükəsizlik, informasiya təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə edilib.
Bildirilib ki, Moskvada keçirilən görüş MDB təhlükəsizlik şuraları katiblərinin onuncu illik toplantısı çərçivəsində baş tutub. 
Qeyd edək ki, Patruşev Ermənistandan olan həmkarı Armen Qriqoryanla da görüş keçirib.

Tehsil-press.az

Oxşar xəbərlər