Putin Təhlükəsizlik Şurası üzvlərinə bunları qadağan etdi

Putin Təhlükəsizlik Şurası üzvlərinə bunları qadağan etdi Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə ikili vətəndaşlıq və xaricdə bank hesabı açmaq qadağan edilib.
Prezident Vladimir Putinin müvafiq Fərmanı rəsmi hüquqi məlumat portalında dərc olunub.
Sənəd Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının əsasnaməsini və Təhlükəsizlik Şurasının Aparatı haqqında əsasnaməni dəyişir.
Fərmana əsasən, Təhlükəsizlik Şurası sədrinin müavini, onun katibi və Təhlükəsizlik Şurasının üzvləri (o cümlədən daimi) xarici dövlətin vətəndaşlığı (təbəəliyi) və ya yaşayış icazəsi və ya Rusiya Federasiyası vətəndaşının xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənədi olmayan rusiyalılar ola bilərlər.
Həmçinin sədr müavini, katib və Təhlükəsizlik Şurasının üzvlərinə (o cümlədən daimi) xarici banklarda hesab açmaq, nağd pul və digər qiymətlilər saxlamaq qadağandır.

Tehsil-press.az

Oxşar xəbərlər