Rusiya Prezidenti Vladimir Putin İndoneziyada baş tutacaq Böyük İyirmilik (G20) sammitində iştirak edərsə, ukraynalı həmkarı Volodimir Zelenski tədbirə qatılmayacaq.
Bu barədə Ukrayna dövlət başçısının ofisi məlumat yayıb.
Zelenski vurğulayıb ki, G20 sammitində başqalarının iştirakını izləmək istəmir:
“Ukraynanın mövqeyi ondan ibarət idi ki, Rusiya Federasiyasının lideri orada olacaqsa, biz iştirak etməyəcəyik. Görək, necə olacaq”.
Prezidentin sözlərinə görə, Ukrayna qarşıdan gələn G20 sammitinə hazırlaşır və bu məsələ İndoneziya lideri Coko Vidodo ilə telefon danışığı zamanı da müzakirə olunub.
“Hər halda, bu gün bizi yenidən dəvət etdilər. Bir daha baxarıq, cəmi bir neçə gün qalıb”, - Zelenski əlavə edib.
Qeyd edək ki, G20 sammiti 15 noyabrda Balidə keçiriləcək.
Tehsil-press.az