Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib Elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Nazir Macarıstan hökumətinin “Stipendium Hungaricum” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına ayırdığı təhsil təqaüdünə görə səfirə təşəkkürünü bildirib, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər