Fransa islam ölkəsinin bu adasını işğalda saxlayır

Fransa islam ölkəsinin bu adasını işğalda saxlayır Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi ədalətsiz, böhtan və yalanlarla dolu qətnaməsinə sərt etiraz edib.
O, Fransanın işğalçı dövlət olduğunu qeyd edib.
“Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayottanı işğalda saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayotta adası üzrə suverenliyini bir daha təsdiq etsə də, Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Biz bu məsələni BMT Baş Assambleyasında davamlı qaldırmalıyıq.
Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir.
Ən sonda biz Fransada yaşayan bütün türk kökənli yarım milyona yaxın insana, Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”, - millət vəkili bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər