Fransa Prezidenti Emmanuel Makron ilk dəfə Ruandadakı soyqırımına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf edib.
Makron bu barədə Ruandanın Qisozi qəsəbəsindəki Soyqırımı Anım Mərkəzində çıxış edərkən bildirib.
“Fransa öz rolunu oynadı və Ruandadakı hadisələrə görə siyasi məsuliyyət daşıyır. Fransa da tarixlə üzləşməli və həqiqət sınağında susaraq Ruanda xalqına əzab verdiyini qəbul etməlidir. Fransa regional bir qarşıdurmanın və ya vətəndaş müharibəsinin qarşısını almağa çalışarkən əslində soyqırımı rejiminin tərəfində olduğunu anlamadı”,- deyə Makron qeyd edib.
Makron buna görə Ruanda xalqından üzr istəyib.
Qeyd edək ki, Fransa cari ilin aprelin 7-də Ruandada təxminən 800 000 insanın ölümünə səbəb olan 1994-cü il soyqırımı ilə əlaqəli arxivlər açıb.
Min səhifədən çox olan arxiv sənədlərinə dair hesabat 26 martda Makrona təqdim edilib. Soyqırımı dönəminə dair arxivləri iki ilə yaxındır araşdıran komissiya, Fransanın Ruandadakı soyqırımına hazırlanmasına göz yumduğu qənaətinə gəlib.
BMT-yə görə, 1994-cü ilin aprel və iyul arası - üç ay ərzində ümumilikdə 800 000 Tutsi etnik azlığına mənsub mülki vətəndaş soyqırımına məruz qalıb.
Soyqırımı 6 aprel 1994-cü ildə Ruanda Prezidenti Jüvenal Xabiarimananın təyyarənin partladılması nəticəsində öldürülməsindən sonra Hutu hökuməti tərəfindən həyata keçirilib.
Soyqırımı Ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb, ordu, jandarma və İnterahamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilib.
Tehsil-press.az