Qəzzada yanğında 21 nəfər öldü - Matəm elan edildi

Qəzzada yanğında 21 nəfər öldü - Matəm elan edildi Qəzzanın şimalındakı Cəbəliyə qaçqın düşərgəsindəki binada yanğın baş verib.
Yanğın zamanı aralarında qadın və uşaqların da olduğu 21 nəfər ölüb.
Yanğın zamanı xəsarət alanların sayı barədə məlumat verilməyib.
Bildirilib ki, mülki müdafiə dəstələri yanğını nəzarətə götürərək digər tikililərə keçməsinin qarşısını alıb.
İlkin məlumatlara əsasən yanğına binada saxlanılan benzinin səbəb olduğu bildirilib və hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeynanın verdiyi yazılı açıqlamaya görə, prezident Mahmud Abbas yanğın fəlakətindən sonra cümə günü ölkədə milli matəm elan edib.
Açıqlamada Abbasın hadisəni “milli fəlakət” kimi qiymətləndirdiyi və həlak olanların ailələrinə hər cür imkanların yaradılması ilə bağlı aidiyyatı qurumlara göstəriş verdiyi bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər