Moskva çayında gəzinti qayığı yanıb

Moskva çayında gəzinti qayığı yanıb Moskva çayında gəzinti qayığında yanğın baş verib. Fövqəladə Hallar Xidmətinin idarə rəhbəri bildirib ki, yanğın "Leqenda" adlı qayıqda baş verib. Yanğın qayığın 3 kvadrat metr hissəsini əhatə edib. Yanğın dərhal söndürülüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən zaman qayıqda 25-30 nəfər adam olub.

Təhsil-press.az

Oxşar xəbərlər