UNEC-in tələbələri “Recyclaton” hakatonu barədə məlumatlandırılıb

UNEC-in tələbələri “Recyclaton” hakatonu barədə məlumatlandırılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tullantısız dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə hakatonun təqdimatı keçirilib.
Təqdimat tədbiri Karyera Mərkəzinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzi, “ASAN Könüllüləri” təşkilatı və "Coca-Cola"nın birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə reallaşıb. Tədbirdə “ASAN xidmət”in əməkdaşları Zəhra Həşimova və Günel Qurbanova "Recyclaton" hakatonu barədə məlumat veriblər. Bildirilib ki, hakatonun keçirilməsində məqsəd tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlılığa nail olmaqdır.
UNEC-in Karyera Mərkəzinin direktoru Aytac Rzayeva tələbələrə hakatonun keçirilməsi qaydaları barədə məlumat verib. O, layihə konseptlərinin sahəvi mentorların dəstəyi ilə prototip (MVP) halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcəyini və ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə pul mükafatlarının veriləcəyini qeyd edib.
Sonda könüllülərə iştirak üçün qeydiyyatla bağlı dəstək göstərilib.

Tehsil-press.az


Oxşar xəbərlər