Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan 500 ASAN Startap Proqramı” barədə infosessiya keçirilib.
UNEC Karyera Mərkəzi və ASAN İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən onlayn görüşdə “Azərbaycan 500 ASAN Startap” proqramı barədə ətraflı məlumat verilib, eyni zamanda, startap mövzusunda təlim keçirilib.
Proqramın layihə meneceri Ağahüseyn Əhmədov və ASAN İnnovasiyalar Mərkəzinin əməkdaşlıq üzrə meneceri Ləman Səlimova izləyicilərə layihənin yaratdığı fürsətlərdən söz açıblar. Bildirilib ki, proqrama qoşulan tələbələr eyni ideyaları paylaşan təsisçilər ilə tanış olacaq, geniş şəbəkəyə qoşulacaq, qlobal “500 Startap” şirkətinin müxtəlif tədbirlərinə və qlobal şəbəkəsinə çıxış imkanlarından yararlanacaqlar. Həmçinin, proqram vasitəsilə xarici mentorlardan ödənişsiz təlimlər alacaqlar.
Çıxışlardan sonra startapların hazırlanması, innovativ ideyanın formalaşdırılması barədə interkativ təlim keçirilib.
Tehsil-press.az