Rəqəmsal könüllülərə “E-kitabxana” və “Bir pəncərə xidməti” barədə təqdimat keçirilib

Rəqəmsal könüllülərə “E-kitabxana” və “Bir pəncərə xidməti” barədə təqdimat keçirilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 24/7 Kitabxanasının dəstəyi və UNEC Rəqəmsal Könüllülər Təşkilatının təşəbbüsü ilə “E-kitabxana” və “Bir pəncərə xidməti" barədə məlumatlandırıcı təqdimat keçirilib.
Tədbirdə UNEC Kitabxana- İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva tələbələrə kitabxanaların strukturu və fəaliyyəti, elektron kitabxanadan istifadə qaydaları, elektron resurslar barədə məlumat verib. Tələbələrin kitabxanalarda könüllü fəaliyyətinin əhəmiyyətindən danışan A.Abdullayeva, onlara bu istiqamətdə fəal olmağı tövsiyə edib.
UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova isə rəhbəri olduğu kitabxananın xidmətləri, layihələri və tədbirləri barədə danışıb.
Sonra Tələbə İşləri Mərkəzinin əməkdaşı Əddin Muştaqov “Bir pəncərə” xidməti barədə təqdimat keçirib.

Tehsil-press.az


Oxşar xəbərlər