ABŞ Ukraynaya daha çox yardım vəd edir

ABŞ Ukraynaya daha çox yardım vəd edir ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün maliyyənin artırılması üzərində işləyir.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyanatla çıxış edib.
Kirbi brifinqdə bildirib ki, ABŞ Ukraynaya daha çox kömək edəcək.
O əlavə edib ki, hazırda Konqres ilə gələcəkdə əlavə maliyyələşdirmə ilə bağlı iş aparılır.
Bu maliyyə ABŞ-ın Ukraynaya göstərəcəyi yardım üçün lazımdır.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Konqresdən təcili yardım üçün daha 37,7 milyard dollar ayırmağı xahiş edib.

Tehsil-press.az



Oxşar xəbərlər