144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - Video

144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - Video DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. 
Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.
Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.



“Maliyyə Nazirliyinin və tabeliyindəki təşkilatların yeni inzibati binalarda yerləşməsi, daha operativ idarəetməni təmin etməyə imkan verir, əməkdaşların iş əmsalını və məsuliyyətini artırır. Hazırda Maliyyə Nazirliyinin sistemində təkmilləşdirilmiş və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması üçün elektron xidmətlər geniş tətbiq olunur. İnfrastruktur təminatı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün maliyyə institutlarının qarşılıqlı əlaqəsinə nail olunmuş, dövlət maliyyə nəzarət tədbirlərinin əhatə dairəsi genişləndilmiş, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsinə diqqət artırılıb. Yaradılan şəraitə uyğun olaraq nazirliyin kollektivi də işini müasir tələblərə uyğun qurur, qarşılıqlı olaraq vəzifələrinin icrası üçün səylə çalışır”, - deyə maliyyə naziri bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər