Tədbirin əvvəlində qonaqlar BDU-nun unikal layihəsi "Eko məkan"da yerləşən Aquaponik və Hidroponik Sistemlər Laboratoriyasını ziyarət ediblər. Burada mütəxəssislər tərəfindən iştirakçılara hidroponika texnologiyasının üstünlükləri haqqında interaktiv təqdimat keçirilib, suda toxum yetişdirilməsi və bitkilərin torpaqsız becərilməsi prosesləri barədə əyani məlumat verilib.
Ekskursiya çərçivəsində iştirakçılar BDU-nun Genetika və təkamül, Faydalı qazıntılar muzeylərində canlılar aləminin inkişaf mərhələləri, geoloji dövrlər və təbiət tarixi ilə bağlı maraqlı faktlarla tanış olublar.
Günün sonunda layihədə fəallıq göstərən iştirakçılar sertifikatlarla təltif olunublar.
Tehsil-press.az







