Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) strateji planı (2017-2020-ci illər üçün) çərçivəsində növbəti tədbir keçirilib.
Maliyyə və maliyyə institutları kafedrası ilə Tədris Metodik Mərkəzinin birgə keçirdiyi onlayn tədbir “Universitetdə tədris proqramının maliyyə sektorunun ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsi və tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri işlərin aparılması” və “Beynəlxalq təcrübədən yararlanaraq maliyyə ixtisası üzrə ali tədris proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması” mövzularında olub.
Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov mövzuların aktuallığından, maliyyə ixtisası üzrə tədris proqramının təkmilləşdirilməsinin vacibliyindən danışıb. Bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqinin faydalı olacağını bildirib.
Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib, təkliflər səsləndirilib.
Tehsil-press.az