Putin Krım körpüsündəki partlayış olan əraziyə getdi

Putin Krım körpüsündəki partlayış olan əraziyə getdi Rusiya Prezidenti Vladimir Putin partlayış olan Krım körpüsünə gedib.
Prezident 6-7 ay ərzində ikinci yolun bərpası işlərinin aparılacağını bildirib.
Putin hadisə yerinə Baş nazirinin müavini Marat Xusnullini ilə gedib. Onlar avtomobillə körpüdən keçiblər.
Qeyd edək ki, Krım körpüsündə partlayış oktyabrın 8-i səhər saatlarında baş verib. Partlayış zamanı 4 nəfər ölüb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə isə, partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi artıq həbs olunub. Müəyyən edilən şəxslərin 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.

Tehsil-press.az



Oxşar xəbərlər