Putin təcili Maqnitoqorska uçdu: O, partlayışdan zərər çəkənlərə baş çəkəcək

Putin təcili Maqnitoqorska uçdu: O, partlayışdan zərər çəkənlərə baş çəkəcək Rusiya Federasiyasının prezidenti Vladimir Putin Maqnitoqorska uçub.
Bu barədə yerli 74.ru portalı xəbər yayıb.
Səhiyyə Nazirliyinin yerli şöbəsindən bildiriblər ki, dövlət başçısı qaz partlamasından zərər çəkənlərə baş çəkəcək.
Xatırladaq ki, hadisə nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
* * *11:43
Rusiyanın Maqnitoqorsk şəhərində gecə, Moskva vaxtı ilə saat 4-də yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.
Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı bildirilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib. 79 nəfərin taleyi barədə məlumat yoxdur.
Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları fasiləsiz fəaliyyət göstərirlər.
Prezident Vladimir Putin hadisə barədə dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə gəlib.

Tehsil-press.az



Oxşar xəbərlər