Ermənistan Krım körpüsündəki partlayışla bağlı araşdırmaya başladı

Ermənistan Krım körpüsündəki partlayışla bağlı araşdırmaya başladı Ermənistanın Milli Təhlükəsizlik Xidməti Krım körpüsündə baş verən partlayışda ölkə vətəndaşlarının iştirakı barədə araşdırmalara başlayıb.
Bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb.
Əsas olaraq Ermənistan vətəndaşının idarə etdiyi yük avtomobilində partlayıcı maddələrin gizlədilməsi ilə bağlı məlumatlar araşdırılacaq.
Məlumata görə, yüklədolu yük avtomobili üçüncü ölkədən Ermənistan ərazisinə daxil olub, daha sonra ölkə ərazisini tərk edərək Gürcüstandan Rusiyaya gedib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.

Tehsil-press.az


Oxşar xəbərlər