İranda rejim tərəfdarının öldürülməsinə görə yeni həbslər və ölüm hökmləri

İranda rejim tərəfdarının öldürülməsinə görə yeni həbslər və ölüm hökmləri İran rejimi ümummilli etirazlar zamanı Bəsic yarımhərbi qruplaşmasının üzvü Ruhullah Əcəmiyanı öldürməkdə təqsirli bilinən 5 nəfəri edam cəzasına məhkum edib.
Bu barədə məhkəmənin mətbuat katibi Məsud Setayeşi məlumat verib.
Daha 11 nəfər, o cümlədən üç uşaq uzun müddətə azadlıqdan məhrum edilib.
Ötən həftə Ədliyyə Nazirliyinin “Mizan Online” saytı Əcəmiyanın Tehranın qərbində Kərəcdə ölümü ilə bağlı 15 nəfərin ittiham olunduğunu bildirib.
Prokurorlar bildiriblər ki, 27 yaşlı Əcəmiyan bir qrup etirazçı tərəfindən lüt soyundurularaq öldürülüb.Hadisəni etirazçı Hədis Nəcəfinin ölümünün 40-cı gününü qeyd etmək üçün toplaşan etirazçılar edib.
Adı açıqlanmayan İran ordusu generalı, ay yarımdır davam edən iğtişaşlarda onlarla təhlükəsizlik qüvvələrinin üzvü də daxil olmaqla 300-dən çox adamın öldürüldüyünü bildirib.
40-ı əcnəbi və tanınmış aktyorlar, jurnalistlər və vəkillər də daxil olmaqla, yüzlərlə insan öldürülüb, minlərlə insan həbs edilib.

Tehsil-press.az



Oxşar xəbərlər