Gürcüstanda terror təşkilatına üzv olmaqda və terror fəaliyyətinə kömək etməkdə təqsirli bilinən 5 nəfər azadlıqdan məhrum olunub.
Bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Məhkəmədə Gürcüstan vətəndaşlarının İŞİD terror təşkilatına qoşulduğu təsdiqlənib.
Məlum olub ki, yeni üzvlər Suriyaya yola düşmək və İŞİD sıralarında döyüşməyi planlaşdırıblar.
Məhkəmənin qərarı ilə xarici terror təşkilatına yardım və terror fəaliyyətinə köməklikdə təqsirli bilinən şəxs 12 il, terror təşkilatına üzvlükdə təqsirli bilinən 4 nəfərin hər biri isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Tehsil-press.az