ABŞ İranın əxlaq polisinə sanksiyalar tətbiq etdi

ABŞ İranın əxlaq polisinə sanksiyalar tətbiq etdi ABŞ ötən həftə saxlanıldıqdan sonra dünyasını dəyişən iranlı Məhsa Əmininin ölümü ilə əlaqədar İranın əxalq polisinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd edilir ki, əxlaq polisinə qarşı sanksiyalar “İranlı qadınlara qarşı zorakılıq və zorakılığa, habelə İranda dinc nümayişçilərin hüquqlarının pozulmasına görə” tətbiq edilir.
"Əxlaq polisi hicabın düzgün geyinmədiyi iddiası ilə saxlanılan və həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümünə görə məsuliyyət daşıyır", - deyə ABŞ Maliyyə Nazirliyi bildirib.
Sanksiyalar həmçinin İranın Quru Qoşunlarının komandanı, İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı, İran Hüquq-mühafizə qüvvələri komandanı müavini, Bəsic İslam Xalq Milislərinin komandiri nə aiddir.
Bundan əlavə, siyahıya İranın kəşfiyyat naziri Seyid İsmail Xətib də daxil edilib ki, o da ABŞ və müttəfiq ölkələrə qarşı kiber fəaliyyətlərdə iştirakda ittiham edilir.

Tehsil-press.az


Oxşar xəbərlər