İranda məşhur aktrisa saxlanıldı

İranda məşhur aktrisa saxlanıldı İrandakı etirazlar çərçivəsində məşhur aktrisa Təranə Əlidusti saxlanılıb.
Aktrisa etirazları qızışdırmaq ittihamı ilə polis bölməsinə aparılıb.
O, təhrif olunmuş məlumatlar yaymaq, iğtişaşları qızışdırmaq və İran əleyhinə qrupları dəstəkləməkdə ittiham olunub.
Xatırladaq ki, Təranə Əlidusti 2016-cı ildə ən yaxşı xarici ekran əsəri nominasiyası üzrə "Oskar" mükafatını alan "Satıcı" filmindəki rolu ilə dünya şöhrəti qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər