2-ci əri də xəyanət edib - Məşhur aktrisa ilə

2-ci əri də xəyanət edib - Məşhur aktrisa ilə Məşhur müğənni Gülben Ergenin ikinci ərindən də xəyanətə görə boşandığı iddia olunur. Tehsil-press.az "Hürriyet"ə istinadən xəbər verir ki, müğənninin TRT 1-də spiker olan eks-həyat yoldaşı Erhan Çelikin elə həmin kanalda "İyi fikir" adlı proqramın aparıcısı, tanınmış aktrisa olan Ece Erkenlə sevgili olduğu deyilir.
Hətta Ecenin ötən həftə sosial şəbəkələrdə paylaşdığı foto şübhələri daha da dərinləşdirib. Fotoda aktrisanın azyaşlı oğlu xəbərlər proqramını aparan Erhan Çeliki izləyir.
Qeyd edək ki, 2014-cü ildə Gülben Ergen Erhan Çeliklə ailə qursa da, cütlük ötən ay boşanıb. Boşanmaya səbəb kimi müğənninin izmirli iş adamıyla eşq yaşadığı göstərilirdi.
Xatırladaq ki, G. Ergen ilk həyat yoldaşından da xəyanətə görə ayrılmışdı.

2-ci əri də xəyanət edib - Məşhur aktrisa ilə

2-ci əri də xəyanət edib - Məşhur aktrisa ilə

Tehsil-press.az

Oxşar xəbərlər