Amerikalı məşhur aktrisa 99 yaşında dünyasını dəyişdi

Amerikalı məşhur aktrisa 99 yaşında dünyasını dəyişdi Amerikalı məşhur aktrisa Betti Uayt 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib.
Betti Uayt yanvarın 17-si öz 100 yaşını qeyd edəcəkdi.
Aktrisa öz karyerası boyunca altı dəfə “Emmi” mükafatı laureatı olub. Bununla yanaşı, 23 dəfə bu mükafata namizəd olaraq göstərilib. Həmçinin, Betti Uayt mümkün olan bütün komediya mükafatlarını qazanan yeganə aktrisadır.
Çox sayda filmdə rol alan Uayt əsas olaraq 1985-ci ildən lentə alınan “The Golden Girls” teleserialı ilə məşhurdur.

Tehsil-press.az

Oxşar xəbərlər