Serbiya əhalisinin sayı təxminən yarım milyon nəfər azalıb

Serbiya əhalisinin sayı təxminən yarım milyon nəfər azalıb Son 11 ildə Serbiyada əhalinin sayı 7 faizədək azalıb.
Serbiya Statistika İdarəsi oktyabrda keçirilmiş siyahıyaalmanın ilkin nəticələrini açıqlayıb. Məlumata görə, Serbiya əhalisinin sayı 2011-ci ildəki son siyahıyaalma ilə müqayisədə 6,9 faiz azalaraq 6 milyon 690 min 887 nəfərə düşüb.
Əvvəlki siyahıyaalmada əhalinin sayı 7 milyon 186 min 862 nəfər idi.
Ölkədə əhalinin sayı paytaxt Belqraddan başqa bütün bölgələrdə azalıb. Belə ki, paytaxt əhalisinin sayı 2011-ci illə müqayisədə 26 min 123 nəfər artaraq 1 milyon 685 min 563 nəfərə çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər