Ukraynada bu il əhalinin sayı 140 min nəfər azalıb

Ukraynada bu il əhalinin sayı 140 min nəfər azalıb Bu il Ukraynada əhalinin sayı 140 min nəfərədək azalıb.
Tehsil-press.az Ukraynanın Dövlət Statistika Xidmətinə istinadla xəbər verir ki, sentyabrın 1-nə olan
statistik göstəricilərə əsasən Ukraynada əhalinin sayı 42 milyon 444 min nəfərdir.
Hesabat dövründə hər 100 ölüm faktına görə, cəmi 63 nəfər dünyaya gəlib. Bu ilin əvvəlindən Ukraynada doğulanların sayı 243 min 862 nəfər, ölənlərin sayı isə 386 min 505 nəfər olub.
Dövlət Statistika Xidmətinin məlumatına görə, 6 ayın nəticələrinə əsasən ölkə əhalisi 42 milyon 514 min nəfər təşkil edib.

Tehsil-press.az


Oxşar xəbərlər